Bank Of Baku

Sumqayıtda avtomobil piyadanı vurub öldürüb

Sumqayıtda avtomobil piyadanı vurub öldürüb
# 21 avqust 2022 19:24 (UTC +04:00)

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza Bakı-Quba avtomobil yolunun Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Belə ki, avtomobil yolunu keçmək istəyən piyada, 1970-ci il təvəllüdlü Aslanova Xanım Yadulla qızını “Opel” markalı avtomobil vurub. 50 yaşlı qadın aldığı xəsarətlərdən dünyasını dəyişib.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR