Sumqayıtda dənizdə meyiti tapılan şəxslərin kimliyi müəyyən olunub.
APA-nın yerli bürosunun məlumatına görə, Xəzər dənizinin Sumqayıt sahilində meyiti tapılan
şəxslərin 1988-ci il təvəllüdlü Paşayeva Vüsalə Çingiz qızı və 1993-cü il təvəllüdlü Əzizli Fərid Telman oğlu olduğu bildirilir. Onların dənizdə boğularaq öldükləri məlum olub.
Faktla bağlı araşdırma aparılır.
***
12.48
Sumqayıtda dənizdən 2 meyit tapılıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Xəzər dənizinin Sumqayıt sahilində qeydə alınıb. Belə ki, istirahət mərkəzlərinin birinin sahilindən kişi və qadın meyitləri tapılıb. Meyiti tapılan qadının 1988-ci il təvəllüdlü Paşayeva Vüsalə Çingiz qızı olduğu bildirilir.
Kişinin kimliyi hələlik məlum deyil.
Meyitlər aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.