Sumqayıtda maşın vuran piyada ölüb.
APA-nın yerli bürosunun məlumatına görə, iyulun 9-da Sumqayıtın Zülfü Hacıyev küçəsində şəhər sakini 1960-cı il təvəllüdlü Olqa Nurullayevanı “Mercedes” markalı avtomobil vurub.
Xəstəxanaya yerləşdirilmiş 62 yaşlı qadın bu gün xəstəxanada ölüb.