Bank Of Baku

Sumqayıtda qəzada 5 nəfər xəsarət alıb - FOTO

Sumqayıtda qəzada 5 nəfər xəsarət alıb  - FOTO
# 13 iyul 2022 21:24 (UTC +04:00)

Sumqayıtda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində - Sumqayıt Texnologiyalar Parkının yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan ağırtonajlı avtomobil “Mitsubishi” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində minik avtomobilində olan 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əraziyə təcili tibbi yardım cəlb olunub, yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR