Tovuzda iki qadını öldürüb yandıran şəxslərin daha bir cinayətləri məlum olub

Daxili İşlər Nazirliyi

© APA | Daxili İşlər Nazirliyi

# 01 avqust 2022 12:13 (UTC +04:00)

Tovuz Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən qəsdən adam öldürdüyünə görə tutulan E.Bağırovun, Q.Quliyevin və oğurluq etdiyinə görə tutulan A.Tağıyevin daha bir cinayət əməli üzə çıxıb.

DİN-in mətbuat ximətindən APA-ya verilən xəbərə görə, onların ətrafında aparılan əməliyyat tədbirləri ilə onların Məşədilər kənd sakini S.Səfərovla birgə iyulun 5-də İbrahimhacılı kəndindəki daha bir evdən pul və 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaları və evi yandırmaları da müəyyən olunub.

Qeyd edək ki, adı çəkilən şəxslər ötən ay Tovuzda iki qadını öldürüb yandırmaqda ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR