Xaçmazda yol qəzasında xəsarət alanlardan biri ölüb - YENİLƏNİB

Xaçmazda yol qəzasında xəsarət alanlardan biri ölüb - YENİLƏNİB
# 01 iyul 2022 17:08 (UTC +04:00)

Xaçmaz rayonunda yol qəzasında xəsarət alanlardan biri ölüb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Bayoba kəndi ərazisində avtomobilin ağaca çırpılması nəticəsində xəsarət alan Sumqayıt şəhər sakini Bağırova Lalə Mərdan qızı xəstəxanada keçinib.

***

16.20

Xaçmaz rayonunda avtomobil ağaca çırpılıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Bayoba kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR