Xırdalanda usta eyvandan yıxılaraq ölüb

Xırdalanda usta eyvandan yıxılaraq ölüb
# 05 iyul 2022 09:49 (UTC +04:00)

Abşeronda usta faciəvi şəkildə ölüb.

APA xəbər verir ki, hadisə Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən binaların birində qeydə alınıb.

Zaqatala rayon sakini, 1964-cü il təvəllüdlü İbrahim Həsənov ehtiyatsızlıqdan blokun eyvanında tikinti materialları daşıyarkən yıxılıb. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR