Bank Of Baku

Yevlax sakinində odlu silah aşkarlanıb

Elsevər Quliyev

© APA | Elsevər Quliyev

# 23 mart 2022 11:25 (UTC +04:00)

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən şəxs müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən xəbərə görə, Yevlax RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə rayon sakini Elsevər Quliyev saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman lüləyi və qundağı kəsilmiş, atəşə yararlı 1 ədəd tüfəng və patronlar aşkar edilərək götürülüb.

Faktla bağlı Yevlax RPŞ-də cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR