Yük avtomobili sürücülərinin yolu bağlamasına görə cinayət işi açılıb - VİDEO

Yük avtomobili sürücülərinin yolu bağlamasına görə cinayət işi açılıb - VİDEO
# 17 fevral 2022 19:04 (UTC +04:00)

Bu gün səhər saatlarında yük avtomobilləri sürücüləri tərəfindən etiraz məqsədilə Heydər Əliyev prospektinin bağlanması faktı ilə bağlı cinayət işi açılıb.

Bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

Qurum rəsmisi bildirib ki, faktla bağlı Nərimanov Rayon İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə cinayət işi başlanılıb.

“Məsələyə hüquqi müstəvidə qiymət veriləcək”, - Araz Əsgərli qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR