Zaqatalada avtomobilin vurduğu qadın ölüb

Zaqatalada avtomobilin vurduğu qadın ölüb
# 22 yanvar 2023 19:47 (UTC +04:00)

Zaqatalada piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Zaqatala şəhər Nizami küçəsində baş verib.

Rayon sakini Fərid Səmədov idarə etdiyi "VAZ 21015" markalı minik avtomobili ilə piyada, rayonun Üçüncü Tala kənd sakini 55 yaşlı Güləsər Əli qızı Əliyevanı vurub. Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Güləsər Əliyeva xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR