Yaxın vaxtlarda Bakıda Türkiyədən alınmış artilleriya simulyatoru qurulacaq

Yaxın vaxtlarda Bakıda Türkiyədən alınmış artilleriya simulyatoru qurulacaq
# 05 fevral 2011 12:25 (UTC +04:00)
Bu barədə APA-ya HAVELSAN şirkətinin baş ofisindən məlumat verilib.

Şirkət layihəni tamamlayaraq Türkiyə Milli Müdafiə Nazirliyinə təhvil verib. Gələn həftə Azərbaycand tərəfi ilə simulyatorun qəbulu prosesinə dair prosedurların tamamlanması gözlənilir. Bundan sonra sistem qurulması üçün Bakıya göndəriləcək.

HAVELSAN eyni zamanda Gürcüstanın sifariş verdiyi AFOS sisteminin də hazırlığını başa çatdırıb və sistem yaxın günlərdə bu ölkənin Silahlı Qüvvələrinə təhvil veriləcək.

Qeyd edək ki, AFOS Türkiyə Silahlı Qüvvələrində 2001-ci ildən istifadə olunur. HAVELSAN 2008-ci ildə Pakistan Müdafiə Nazirliyi üçün də bu sistemi hazırlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR