Ermənilərin iki ay əvvəl yaraladığı Azərbaycan əsgəri şəhid olub

Ermənilərin iki ay əvvəl yaraladığı Azərbaycan əsgəri şəhid olub
# 08 sentyabr 2012 08:00 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Naxçıvandakı N saylı hərbi hissədə qulluq edən, 1993-cü il təvəllüdlü əsgər Cəfərov Rəbbi Elsevər oğlu iyul ayının 13-də düşmən snayperindən açılan atəş nəticəsində başından ağır yaralanmış və Silahlı Qüvvələrin Baş Kliniki Hospitalına yerləşdirilmişdi.

Aparılan intensiv müalicəyə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb və o, dünən saat 21.20-də şəhid olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR