MN: Müharibədən sonra azad edilən ərazilərdə Ermənistan istehsalı olan xeyli mina aşkarlanıb

MN: Müharibədən sonra azad edilən ərazilərdə Ermənistan istehsalı olan xeyli mina aşkarlanıb
# 07 oktyabr 2022 12:57 (UTC +04:00)

Beynəlxalq humanitar hüquqa əsasən, 1997-ci ildə qəbul edilmiş Ottava müqaviləsi piyada əleyhinə minaların istehsal edilməsi, saxlanılması, daşınması və istifadəsini qadağan edir.

APA xəbər verir ki, bu barədə MN-in məlumatında deyilir. Bildirilib ki, buna baxmayaraq, azad edilmiş ərazilərimizdə Vətən müharibəsindən sonra Ermənistanda istehsal olunan xeyli sayda minalar aşkar edilir: “Xüsusilə insan tələfatı məqsədilə basdırılan piyada əleyhinə minalar həm mülki vətəndaşların, həm də hərbi qulluqçuların həyatına ciddi təhlükə yaradır. Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri ərazilərimizin minalardan təmizlənməsi üzrə fəaliyyətlərini davam etdirir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR