Türkiyədə komando kursunu bitirən hərbçilərimiz Vətənə qayıdıblar - VİDEO

Türkiyədə komando kursunu bitirən hərbçilər

© APA | Türkiyədə komando kursunu bitirən hərbçilər

# 27 dekabr 2021 11:12 (UTC +04:00)

Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində qardaş ölkənin İsparta şəhərində keçirilən növbəti “Komando hazırlığı" kursunu müvəffəqiyyətlə bitirən hərbçilərimiz Vətənə qayıdıblar.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, iki qardaş ölkə arasında mövcud hərbi əməkdaşlıq çərçivəsində hərbi qulluqçularımızın müvafiq kurslarda iştirak etməsində əsas məqsəd Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin və şəxsi heyətin peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR