Zakir Həsənov: "Şəhid mayor mənim əmrimi icra edib, ərazidə döyüş hazırlığı ilə məşğul olub"

Zakir Həsənov: "Şəhid mayor mənim əmrimi icra edib, ərazidə döyüş hazırlığı ilə məşğul olub"
  • Clock-gray 11:06
  • calendar-gray 18 İyun 2019

"Azərbaycan xalqı Ordumuzun qələbəsini gözləyir. Lakin müharibəni hərbçilər başlamır, hərbçilər icraçıdırlar".

APA-nın xəbərinə görə, bunu Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib. O bildirib ki, beynəlxalq vəziyyət müharibəni başlamağa imkan vermir.

"Əsgər də, zabit də, nazir də daxil olmaqla biz hamımız Vətən, millət naminə canımızı təhlükəyə atırıq və bununla qürur duyuruq. Allah bütün şəhidlərə rəhmət etsin! Bu günlərdə Azərbaycanın hərbi qulluqçusu, mayor şəhid oldu. Bəziləri deyir ki, o mayor orada nə edib?! Şəhid mayor orada mənim əmrimi icra edib, ərazidə döyüş hazırlığı ilə məşğul olub", - nazir vurğulayıb.

Fərid Mirzəyev

Digər xəbərlər

Arxiv

date