Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatına yekun vurulub

Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatına yekun vurulub
  • Clock-gray 18:09
  • calendar-gray 22 Sentyabr 2019

Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatı başa çatıb.

APA-nın məlumatına görə, yarışın sonuncu günündə qrup komandaları ayrı-ayrı hərəkətlərdə mükafatçıları müəyyənləşdiriblər.

Aliyə Paşayeva, Diana Əhmədbəyli, Darya Sorokina, Ayşən Bayramova və Zeynəb Hümmətovadan ibarət Azərbaycan yığması 3 halqa və 2 cüt gürzlə hərəkətdə finalda mübarizə aparıb. Çıxışı 18,800 xalla dəyərləndirilən komanda 7-ci yeri tutub. İlk üç pilləni Rusiya (29,450), Yaponiya (26,450) və İtaliya (29,200) tutub.

5 topla hərəkətdə isə medallara Yaponiya (29,550), Bolqarıstan (29,350) və Rusiya (28,150) yiyələniblər. Bu növdə Azərbaycan finalda iştirak etməyib.

Qeyd edək ki, 7 gün davam edən çempionatda 9 dəst medal sahibini tapıb. Bu mükafatlara yalnız 7 ölkə təmsilçiləri yiyələniblər. Rusiya 13 (8 qızıl, 2 gümüş və 3 bürünc), Yaponiya 3 (1 qızıl, 2 gümüş), İsrail 6 (4 gümüş, 2 bürünc), Bolqarıstan 2 (1 gümüş, 1 bürünc), Belarus, Ukrayna, İtaliya hərəyə 1 bürünc medal qazanıb. Azərbaycan gimnastları medal əldə etməsə də, Zöhrə Ağamirova fərdi, yığma isə qrup hərəkətlərində 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak hüququ qazanıb.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date