“Qarabağda, Şuşada yenidən olmaq, yenidən “Xarıbülbül” festivalında iştirak etmək böyük xoşbəxtlikdir".
APA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu deyib.
O qeyd edib ki, Şuşanın işğalından sonra festival təxirə salınmışdı: “Mən çox şadam ki, Şuşanın işğaldan azad olunmasından dərhal sonra cənab Prezident festivalın bərpası haqqında Sərəncam verdi. Bizim vəzifəmiz isə bu ənənəni və Şuşamızı qorumaqdır”.