Rusiyada Xalq artisti Ukrayna müharibəsinə qarşı çıxdığına görə teatrdan qovulub

Rusiyada Xalq artisti Ukrayna müharibəsinə qarşı çıxdığına görə teatrdan qovulub
# 14 yanvar 2023 13:43 (UTC +04:00)

Rusiyanın xalq artisti Dmitri Nazarov A.Çexov adına Moskva İncəsənət Teatrından qovulub.

APA-nın Moskva müxbirinin məlumatına görə, xalq artistinin işdən qovulmasına səbəb onun Rusiyanın Ukraynada apardığı müharibəyə qarşı çıxması olub.

"Dmitri Nazarov Moskva İncəsənət Teatrının bədii rəhbəri ilə söhbət edib və söhbət nəticəsində Nazarov və onun həyat yoldaşı Olqa Vasilyevanın işdən çıxarılmasına qərar verilib", - deyə teatrın ictimaiyyətlə əlaqələr üzrə direktor müavini Vadim Vernik RBK-ya bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR