"Bakcell" Azərbaycan Silahlı Qüvvələrinə dəstək olub

"Bakcell" Azərbaycan Silahlı Qüvvələrinə dəstək olub
# 02 oktyabr 2020 16:13 (UTC +04:00)

“Bakcell” şirkəti cəbhədə Ermənistanın təcavüzünün qarşısının alınması və işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi uğrunda şücaətlə döyüşən Ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 500 min manat vəsait ayırıb.

Bu məbləğ “Bakcell” şirkətinin daxil olduğu “NEQSOL Holding” tərəfindən ayrılmış 1 mln. manat məbləğində ümumi büdcə çərçivəsində fondun hesabına köçürülüb.

Bakcell şirkətinin kollektivi vətən uğrunda qəhrəmancasına vuruşan xilaskar əsgərlərimiz qarşısında baş əyir və onlarla qürur duyduğunu bildirir.

Sarsılmaz şücaətə malik hərbi qüvvələrimizin zəfər xəbərlərini səbirsizliklə gözləyirik. Qarabağ Azərbaycandır!

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə yaradılıb. Fondun əsas maliyyə mənbəyi hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan vəsaitdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR