Rusiyada mobil rabitə tarifləri 14% arta bilər

Rusiyada mobil rabitə tarifləri 14% arta bilər
  • Clock-gray 16:45
  • calendar-gray 08 İyul 2020

Bu ilin ikinci yarısında Rusiyada mobil rabitə tarifləri orta hesabla 14% arta bilər.

"APA-Economics"in "Kommersant"a istinadən verdiyi məlumata görə, bu barədə "Content Review" analitik agentliyinin icmalında deyilir.

İcmalda qeyd olunub ki, əhalinin gəlirlərinin azalması fonunda rabitə xidmətlərinin bahalaşması xüsusilə nəzərə çarpacaq. İlin birinci yarısında mobil rabitə xidmətlərinin minimal tarif paketinin orta dəyəri 8% (270 rubldan 291 rubladək) artıb. Bu pandemiya zamanı əhalinin özünü təcrid etməsi səbəbindən operatorlara yaranan itkiləri kompensasiya etməyə imkan verib.

"Nominal əmək haqqının 5,6% artması tariflərin artımını kompensasiya etsə də, ilin ikinci yarısında ən azı ev təsərrüfatlarının gəlirlərinin durğunluğu, eyni zamanda rabitə tariflərinin 14% artması gözlənilir", - icmalda deyilir.

Hüseyn Vəliyev

Digər xəbərlər