Aktobe və Bakı arasında aviareyslər başlayıb - YENİLƏNİB

Aktobe və Bakı arasında aviareyslər başlayıb - YENİLƏNİB
# 07 iyul 2022 16:11 (UTC +04:00)

Qazaxıstanın “Qazaq Air” aviaşirkətinin ilk təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan “APA-Economics”ə verilən məlumata görə, bu həftədən etibarən Qazaxıstanın aviadaşıyıcısı yeni Aktobe-Bakı-Aktobe və Nur Sultan-Bakı-Nur-Sultan (Aktobe üzərindən tranzit) marşrutu üzrə müntəzəm reyslər yerinə yetirəcək.

Məlumata görə, bu istiqamətdə uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək. Bu marşrut üzrə uçuşlar 86-dək sərnişin oturacağı ilə təchiz edilmiş Kanada istehsalı olan “De-Havilland Dash 8-Q400” hava gəmisində həyata keçirilir.

Bu istiqamət üzrə aviabiletləri aviadaşıyıcının rəsmi internet saytında www.flyqazaq.com, həmçinin aviaşirkətin satış ofislərində əldə etmək mümkündür.

Səyahət etməzdən öncə bütün sərnişinlərə COVID-19 pandemiyası zamanı hər iki ölkədə mövcud giriş qaydalarına dair ən son məlumatları yoxlamaq tövsiyə olunur.

15:34

Qazaxıstanın Aktobe hava limanından Bakıya “Qazaq Air” aviaşirkətinin ilk təyyarəsi yola düşüb.

APA-Economisc” xəbər verir ki, bu barədə Aktobe hava limanının mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, yeni hava əlaqəsi iki ölkə arasında turizmin inkişafına və ikitərəfli əməkdaşlığın güclənməsinə imkan verəcək. Bakıya uçuşlar Nur-Sultandan Aktobe vasitəsilə tranzitlə həftədə iki dəfə, cümə axşamı və bazar günləri həyata keçirilir. Əvvəllər həm Aktobedən, həm də Nur-Sultandan Azərbaycana müntəzəm uçuşlar həyata keçirilmirdi.

Uçuş iki saat çəkəcək. Bir tərəfə biletin qiymətinin 57 min tənqədən (202 manatdan) başladığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR