Azərbaycanda "Instagram" istifadəçilərinin sayı açıqlanıb

Azərbaycanda "Instagram" istifadəçilərinin sayı açıqlanıb
# 12 yanvar 2022 12:00 (UTC +04:00)

Bu ilin yanvar ayının 1-nə Azərbaycanda "Instagram" sosial şəbəkə istifadəçilərinin sayı 4 073 400 nəfər təşkil edib.

"APA-Economics"in əldə etdiyi məlumata görə, bu bir il öncəki göstəricidən 17% və ya 593,4 min nəfər çoxdur.

Hazırda ölkə əhalisinin 39,6%-i bu sosial şəbəkənin istifadəçisidir. İstifadəçilərin 62,8% kişilər, 37,2%-i isə qadınlardır.

Ən böyük istifadəçi qrupu 25-34 yaş arası insanlardan (1 588,6 min) ibarət olub. Kişilər və qadınlar arasında ən böyük fərq 25-34 yaş arasında olan insanlar arasında müşahidə olunur ki, burada kişilər 411,4 min nəfərlə liderlik edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR