“Azəriqaz”: Yanğınla bağlı zərər tədqiqat nəticəsində müəyyənləşəcək

“Azəriqaz”: Yanğınla bağlı zərər tədqiqat nəticəsində müəyyənləşəcək
# 29 aprel 2022 12:21 (UTC +04:00)

Ötən gün “Azərsun Sənaye Parkı”nda baş verən yanğında kommunal xidmətlərə dəymiş zərər aparılacaq tədqiqat işlərinin nəticələrinə görə müəyyən ediləcək.

"APA-Economics" xəbər verir ki, bunu "Azəriqaz"ın Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, qeyd olunan ərazidə yanğınsöndürmə əməliyyatı demək olar ki, tamamlanıb.

“Tədqiqat işləri aparılacaq və kommunal xidmətlərə dəymiş ziyan bu tədqiqatın nəticəsində bəlli olacaq. Yanğın yeni söndürülüb və ona görə də hələ dəqiq məlumat deyə bilməyəcəyik”, - Teymur Cəfərov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR