Çinin nəhəng şirkəti Azərbaycanda texnologiyaların inkişafına dəstək göstərəcək

Çinin nəhəng şirkəti Azərbaycanda texnologiyaların inkişafına dəstək göstərəcək
# 14 oktyabr 2019 14:52 (UTC +04:00)

Azərbaycan Avrasiya regionunda ən önəmli və qabaqcıl bazarlardan biridir və ölkənin regionda texnologiyaların inkişafında çox böyük potensialı var.

Bunu “APA-Economics”ə “Huawei” şirkətinin Azərbaycan nümayəndəliyinin baş direktoru Canlin Lu deyib.

Onun sözlərinə görə, şirkət olaraq “Huawei” bu inkişafa öz töhfəsini verəcək.

"Biz uzun müddətdir ki, Azərbaycan bazarında fəaliyyət göstəririk. Şirkət davamlı olaraq Azərbaycanın texnoloji inkişafına dəstək verəcək. Hazırda biz dövlət rabitə operatorları ilə əsas layihələrdən biri olan genişzolaqlı optik internetin evlərə çatdırılması layihəsini icra edirik. Genişzolaqlı internetin əlçatanlığı üçün ekosistem və platformanın hazır olması vacib amildir ki, bu sahədə "Huawei" dövlət rabitə operatorları ilə birgə işləməklə bunu vətəndaşlara təmin edəcək", - deyə Canlin Lu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR