Dövlət qurumları tərəfindən ötən ay açılan kibertəhlükəsizlik sorğularının sayı azalıb

Dövlət qurumları tərəfindən ötən ay açılan kibertəhlükəsizlik sorğularının sayı azalıb
# 05 avqust 2022 18:26 (UTC +04:00)

Bu ilin iyul ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılan sorğuların sayı iyun ayı ilə müqayisədə 34% azalaraq 472 ədəd təşkil edib.

"APA-Economics"in Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin hesabatı əsasında apardığı hesablamalara görə, iyul ayı ərzində mərkəzə daxil olan sorğulardan 97,2%-nə baxılıb və təmin edilib.
Məlumata əsasən, iyunda Azərbaycan internet məkanında dövlət qurumlarına aid 3 domen və 14 yeni subdomen qeydiyyatdan keçib. Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 57 hesabat təqdim edilib.

Ümumilikdə, bu ilin yanvar-iyul ayları ərzində kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin ümumi sayı 3472 ədəd təşkil edib ki, bu da 2021-ci ilin eyni göstəricisi ilə müqayisədə 36,8% çoxdur.

Qeyd olunan dövr ərzində ümumi sorğuların 94,7%-nə baxılaraq təmin edilib, müvafiq dövlət qurumlarına 278 hesabat təqdim edilib. Bu ilin ilk yeddi ayında Azərbaycanın internet seqmentində 31 domen və 99 subdomen qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR