Elxan Əsədov: Bakıda zəlzələdən sonra yaranmış qırılmalarda tikinti aparılmır

Elxan Əsədov: Bakıda zəlzələdən sonra yaranmış qırılmalarda tikinti aparılmır
# 09 fevral 2023 10:58 (UTC +04:00)

Bakının zəlzələdən sonra yaranmış qırılmalarda tikinti aparılmır.

Bunu APA-ya müsahibəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib.

Elxan Əsədov deyib ki, Bakının özünün sürüşmə ərazilərinin planı var: "Bu plan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Xidməti tərəfindən tərtib olunub. Həmin ərazilərdə tikintilər dayandırılıb. İstisna hal kimi orada dövlət üçün vacib olan tikintilər həyata keçirilə bilər. O da müəyyən hazırlıq tədbirləri görüldükdən sonra... Həmçinin Bakının bir neçə yerində zəlzələdən sonra yaranmış qırılmalar var ki, bu gün o ərazilərdə tikinti aparılmır. Belə vəziyyət Nərimanov prospektinə paralel olan Abdulla Şaiq küçəsində var. Həmin ərazidə sovet dövründən və ondan əvvəlki illərdən qalan köhnə birmərtəbəli evlər sökülür və yerində park salınır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR