Nazir: Azərbaycanda genişzolaqlı internetin orta sürəti 50% artıb

Nazir: Azərbaycanda genişzolaqlı internetin orta sürəti 50% artıb
# 03 mart 2023 15:49 (UTC +04:00)

Ölkəmizdə internet infrastrukturunun yenilənməsinə qoyulan sərmayələr nəticəsində sabit genişzolaqlı internetin orta sürəti ötən illə müqayisədə 50% artaraq 26.3 Mbps təşkil edib.

APA-Economics” xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev paylaşım edib.

“2024-cü ilin sonuna qədər ölkəmizdə bütün yaşayış məntəqələrində yüksəksürətli internetə çıxışın təmin edilməsi istiqamətində işlər davam edir”, - deyə paylaşımda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR