Rəşad Nəbiyev İmişlidə vətəndaşları qəbul edib

Rəşad Nəbiyev İmişlidə vətəndaşları qəbul edib
# 08 fevral 2023 14:42 (UTC +04:00)

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İmişli şəhərində vətəndaşları qəbul edib.

APA-Economics” nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, vətəndaş qəbulunda Sabirabad, Saatlı, Füzuli, Beyləqan, Xocavənd və İmişli rayon sakinləri iştirak ediblər.

Qəbul zamanı vətəndaşların nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb.

Nazir müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal həllini tapıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlərin isə qeydiyyata alınaraq müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR