Azərbaycandan ixrac olunan məhsulların 86%-i neft-qaz sektorunun payına düşür - TƏHLIİL

Azərbaycandan ixrac olunan məhsulların 86%-i neft-qaz sektorunun payına düşür - <span style="color: red;">TƏHLIİL
# 19 iyun 2015 08:07 (UTC +04:00)

Bakı - APA-Economics. 2015-ci ilin yanvar-may ayları ərzində Azərbaycan 5 mlrd. 282,235 mln. dollarlıq ixrac əməliyyatı həyata keçirib.

"APA-Economics"in xəbərinə görə, bu barədə Dövlət Gömrük Komitəsinin açıqladığı statistikada qeyd edilib.

Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 44,3% azalıb.

Hesabat dövründə ümumi ixracatın 76,39%-i və ya 4 mlrd. 35 mln. 238,02 min dolları xam neftin payına düşüb.

Bu ilin ilk 5 ayı ərzində 378 mln. 560,46 min dollarlıq (ümumi ixracda payı 7,17%) neft məhsulları (2710 mal kodu ilə), 127 mln. 346,09 min dollarlıq təbii qaz ixrac olunub.

Beləliklə, ixracatımızın 85,97%-i neft-qaz məhsullarının payına düşür.

İxracatımızın 1,37%-i meyvə-tərəvəzin payına düşüb. Belə ki, hesabat dövründə 72 mln. 174,29 min dollarlıq meyvə-tərəvəz ixrac olunub.

Bununla yanaşı, yanvar-may aylarında 66 mln. 706,42 min dollarlıq bitki və heyvan mənşəli piylər və yağlar ixrac edilib ki, bu da ümumi ixracatda 1,26% tutur.

Qeyd edilən dövr ərzində 80 mln. 326,39 min dollar dəyərində (ümumi ixracda 1,52%) şəkər ixrac olunub.

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR