«Era-Trans» sığorta şirkəti nizamnamə kapitalını artırır

«Era-Trans» sığorta şirkəti nizamnamə kapitalını artırır
# 31 oktyabr 2008 12:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Era-Trans» sığorta şirkəti 2008-ci ilin sonuna kimi nizamnamə kapitalını 82% artıraraq 2 mln. manata çatdıracaq.
Şirkətin direktoru Elşən Babayevin «APA-Economics»ə verdiyi məlumata görə, 900 min manat həcmində əlavə səhm emissiyasının ödənilməsi prosesi ilin sonunadək başa çatdırılacaq.
Qeyd edək ki, nizamnamə kapitalı şirkətin mövcud səhmdarları hesabına artırılacaq. Hazırda isə şirkətin nizamnamə kapitalı 1,1 mln. manat təşkil edir.
Xatırladaq ki, təsisçisi 2 fiziki şəxs olan «Era-Trans» sığorta şirkəti 1994-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvar-sentyabr aylarında şirkətin sığorta daxilolmalarının həcmi 1,649 mln. manat, ödənişləri isə 0,798 mln. manat təşkil edib. Şirkət 24 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR