“Bank of Baku”nun İdarə Heyətinə yeni təyinat olub

“Bank of Baku”nun İdarə Heyətinə yeni təyinat olub
# 25 iyul 2022 17:18 (UTC +04:00)

“Bank of Baku” ASC-nin İdarə Heyətinə yeni üzv seçilib.

Bu barədə "APA-Economics"ə bankdan bildirilib.

Məlumata görə, “Bank of Baku”nun səhmdarlarının yığıncağında qəbul edilən qərara əsasən Ülvi Yusifov bankın İdarə Heyətinin üzvü seçilib. Ü. Yusifov eyni zamanda İdarə Heyəti sədrinin müavini və Baş maliyyə inzibatçısı vəzifələrinə də təyin olunub.

Qeyd edək ki, Ü. Yusifov 2017-ci ildə "Bank of Baku"nun risklərin idarə edilməsi departamentinin direktoru, 2021-ci ildə isə strateji idarəetmə departamentinin direktoru təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR