Dünyada işsizlərin sayı bu il 207 milyona çatacaq - PROQNOZ

Dünyada işsizlərin sayı bu il 207 milyona çatacaq - PROQNOZ
# 17 yanvar 2022 16:23 (UTC +04:00)

BMT-nin tərkibində olan Beynəlxalq Əmək Təşkilatının (International Labour Organization – ILO) yeni hesabatına görə, 2022-ci ildə dünyada işsizlərin sayı daha 21 milyon nəfər artaraq 207 milyona çatacaq.

"APA-Economics"in hesabata istinadən verdiyi məlumata görə, bu il işsiz əhalinin sayı COVID-19 pandemiyasından əvvəlki olan 2019-cu illə müqayisədə 11,3% artacaq. ILO özünün bu il üzrə olan proqnozunu COVID-19-un "Delta" və "Omicron" ştamlarının yayılmasına görə pisləşdirib.

Hesabatda qeyd edilir ki, adambaşına gəliri yüksək olan ölkələrin əmək bazarları daha sürətli bərpa olunur. Genderlərə gəldikdə, böhran qadınların məşğulluğuna kişilərdən daha çox zərbə vurub və bu təsir yaxın illərdə də hiss olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR