Məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 8% artıb

Mikayıl Cabbarov

© APA | Mikayıl Cabbarov

# 19 yanvar 2022 12:34 (UTC +04:00)

Azərbaycanda 2021-ci ildə məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 8% artaraq 3,8 mlrd. manatı keçib və proqnoz 109,9% səviyyəsində icra olunub.

"APA-Economics" xəbər verir ki bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabına yazıb.

Nazir əlavə edib ki, qeyri-büdcə təşkilatlarında da müsbət dinamika qeydə alınıb.

"Bu sahədən məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 15,3% artaraq 2,4 mlrd. manatı ötüb və proqnoz 113,2% yerinə yetirilib", - nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR