Türkiyə və BƏƏ arasında ticarət dövriyyəsi 25 mlrd. dollara çıxacaq

Türkiyə və BƏƏ arasında ticarət dövriyyəsi 25 mlrd. dollara çıxacaq
# 03 mart 2023 18:18 (UTC +04:00)

Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri arasında ticarət dövriyyəsinin 5 il ərzində 25 milyard dollara çıxacağı gözlənilir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə ölkə başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyə - Birləşmiş Ərəb Əmirlikləri Azad Ticarət Sazişinin imzalanma mərasimi zamanı bildirib.

O qeyd edib ki, imzalanan Azad Ticarət Sazişi iki ölkənin iş adamlarının qarşılıqlı fəaliyyətlərini asanlaşdıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR