Türkiyədə 2022-ci ildə inflyasiya 90% ola bilər

Türkiyədə 2022-ci ildə inflyasiya 90% ola bilər
# 28 iyul 2022 12:42 (UTC +04:00)

Türkiyə Mərkəzi Bankı bu ilin sonuna inflyasiyanın yüksələcəyi ilə bağlı proqnoz verib.

"APA-Economics" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Mərkəzi Bankının sədri Kavçıoğlu bu gün açıqlama verib. O, ilin sonuna inflyasiya proqnozunun 42,8%-dən 60,4%-ə yüksəldiyini deyib.

Kavçıoğlunun fikrincə, Mərkəzi Bankın inflyasiya proqnozunu göstərən qrafikə əsasən, 2022-ci ildə inflyasiya 90%-ə qədər yaxınlaşa bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR