Valyuta mübadiləsi əməliyyatları ilə bağlı vahid məlumat bazası yaradılacaq

Valyuta mübadiləsi əməliyyatları ilə bağlı vahid məlumat bazası yaradılacaq
# 29 noyabr 2022 16:13 (UTC +04:00)

Valyuta mübadiləsi əməliyyatları ilə bağlı vahid məlumat bazası yaradılacaq.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında “Valyuta tənzimi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi valyuta nəzarəti orqanı kimi Mərkəzi Bankın valyuta əməliyyatları üzrə nəzarətinin effektivliyinin artırılması məqsədilə hazırlanıb və rezident və qeyri-rezidentlərin apardıqları valyuta əməliyyatları, o cümlədən valyuta mübadiləsi əməliyyatları ilə bağlı vahid məlumat bazasının formalaşdırılmasının və həmin bazadan istifadənin hüquqi əsaslarını müəyyən edir.

Qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR