AMB: Azərbaycan əhalisinin bank əmanətlərinin 53%-i xarici valyutadadır

AMB: Azərbaycan əhalisinin bank əmanətlərinin 53%-i xarici valyutadadır
  • Clock-gray 14:04
  • calendar-gray 25 Dekabr 2020

Bu ilin dekabr ayının 1-nə Azərbaycan əhalisinin ölkə banklarındakı əmanətlərinin həcmi 7 908,2 mln. manat təşkil edib. Əmanətlərin 52,7%-i xarici valyutada olub.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, əmanətlərinin dollarlaşması ötən ay ilə müqayisədə 0,3 faiz bəndi, ilin əvvəli ilə isə 0,5 faiz bəndi azalıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə dollarlaşma 1,4 faiz bəndi azalıb.

Mirsəid İbrahimzadə

Digər xəbərlər