Azərbaycanın xarici borcu ÜDM-in 22,4%-nə bərabər olub

Azərbaycanın xarici borcu ÜDM-in 22,4%-nə bərabər olub
# 03 avqust 2020 10:58 (UTC +04:00)

2020-ci il 1 iyul tarixinə Azərbaycan Respublikasının cəmi birbaşa və şərti öhdəliklər üzrə dövlət borcunun həcmi 9 813,3 mln. ABŞ dollarına (16682,6 mln. manata) və ya ÜDM-in 24,5 %-nə bərabər olub.

APA-Economics” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Bütövlükdə xarici borc ÜDM-in 22,4%-nə (8 960,3 mln. ABŞ dolları), daxili borc isə 2,1%-nə (1 450,1 mln. manat) bərabərdir.

Birbaşa cəlb edilmiş öhdəliklər üzrə xarici borc ÜDM-in 20,5%-ni (8 213,2 mln. ABŞ dolları), daxili borc isə 1,9 %-ni (1320,1 mln. manat) təşkil etməklə ümumilikdə ÜDM-in 22,4%-nə (8 989,7 mln. ABŞ dolları) bərabər olub. Şərti öhdəliklər üzrə xarici borc ÜDM-in 1,9%-ini (747,1 mln. ABŞ dolları), daxili borc isə 0,2 %-ni (130,0 mln. manat) təşkil etməklə ümumilikdə 2,1%-ni (823,6 mln. ABŞ dolları) təşkil edib.

Xatırladaq ki, 1 yanvar 2020-ci il tarixi vəziyyətinə müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində Azərbaycan Respublikasının birbaşa xarici dövlət borcu 8 320,0 mln.ABŞ dolları və ya 2019-cu il üzrə Ümumi Daxili Məhsulun (ÜDM) 17,3 %-ni, dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 771,0 mln. ABŞ dolları və ya ÜDM-in 1,6%-ni təşkil etməklə, ümumilikdə xarici dövlət borcu 9 091,0 mln. ABŞ dolları və ya ÜDM-in 18,9%-ni təşkil edib.

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlardan ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR