Nazir: “Hökumətin mövqeyi 2021-ci ildə də dəstək proqramlarının davam etməsi yönündədir”

Nazir: “Hökumətin mövqeyi 2021-ci ildə də dəstək proqramlarının davam etməsi yönündədir”
# 23 dekabr 2020 14:10 (UTC +04:00)

“İqtisadiyyatımız 2020-ci ildə böyük mənfi təsirlərə məruz qalıb”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, 2020-ci ildə olduqca böyük sınaqdan keçirik: “Bu sınaqdan hesab edirəm ki, üzüağ çıxmışıq. Prezident İlham Əliyevin rəhbərliyi altında elə idarəetmə formalaşıb ki, ən çətin sınaqlardan belə kifayət qədər az itkilərlə çıxırıq. Bizim iqtisadiyyatımız 10%-ə qədər də kiçilə bilərdi, əvvəlki illərdə qazanılmış nailiyyətləri itirə bilərdik. Bu itkilərin azaldılması əks-böhran tədbirlərinin görülməsi ilə bağlıdır. O cümlədən iqtisadi dəstək tədbirlərinin. Eyni zamanda bank sektoru tərəfindən müəyyən güzəştlər edildi, imtiyazlar verildi. Dövlət zəmanəti əsasında sahibkarlara kreditlər verildi. Bunların hamısı biznesin fəaliyyətini dəstəkləməyə yönəlmişdi. Gələn il də müəyyən vergi güzəştləri ediləcək. 2020-ci ildən başlayaraq ƏDV-nin pul müqabilində ödənilməsi nəzərdə tutulur. Bu da biznesə böyük dəstəkdir. Sahibkarlara dəstək məqsədilə bir çox tədbirlər görülür və görülməkdədir. İndiki halda bu tədbirlərin dayandırılması çox təhlükəlidir. Sahibkarlığın bundan sonra canlandırılması üçün daha çox vəsait və vaxt tələb olunacaq. Ona görə də hökumətin mövqeyi 2021-ci ildə də dəstək proqramlarının davam etməsi yönündədir. Amma sonrakı illərdə bu vəziyyətdən çıxış yolları olmaldır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR