Çinlə ABŞ arasında ticarət dövriyyəsi 15% azalıb

Çinlə ABŞ arasında ticarət dövriyyəsi 15% azalıb
# 08 noyabr 2019 11:04 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Çin və ABŞ arasında ticarət dövriyyəsinin həcmi illik ifadədə 14,9% azalaraq 447,830 mlrd. ABŞ dolları təşkil edib.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, hesabat dövründə Çinin ABŞ-a ixracı ötən ilin analoji dövrü ilə müqayisədə 11,3% azalaraq 347,787 mlrd. dollar, Çinin ABŞ-dan idxalı isə 25,4% azalaraq 100,043 mlrd. dollar olub.

Oktyabrda iki ölkə arasındakı ticarət dövriyyəsi 46,166 mlrd. dollar təşkil edib.

Qeyd edək ki, 2018-ci ildə Çinlə ABŞ arasında aparılan ticarət mübadiləsinin həcmi əvvəlki ilə nisbətən 8,5% artaraq 633,520 mlrd. dollara bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR