DGK xətti ilə büdcə daxilolmaları bu il 26,5% artıb

DGK xətti ilə büdcə daxilolmaları bu il 26,5% artıb
# 09 sentyabr 2019 12:19 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 2 873 356,8 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 26,5% çoxdur.

APA-Economics”in DGK-yə istinadən verdiyi məlumata görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji ayı ilə müqayisədə 18,7% artaraq 693 651,3 min manat olub.

Həmçinin, yanvar-avqustda ƏDV üzrə daxilolmalar 26,9% artaraq 1 965 578 min manat, aksizlər üzrə 62,66% artaraq 184 702 min manat, yol vergisi üzrə daxilolmalar isə 21,03% artaraq 29 425,5 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR