Əmanətlərin tam sığortalanması dövlət büdcəsi qarşısında əlavə maliyyə yükü yarada bilər

Əmanətlərin tam sığortalanması dövlət büdcəsi qarşısında əlavə maliyyə yükü yarada bilər
# 18 oktyabr 2019 18:47 (UTC +04:00)

“Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Qanununa müvafiq dəyişiklik edilərək, əmanətlərin tam sığortalanmasının daha bir il müddətinə uzadılması maliyyə-bank sistemində yarana biləcək öhdəliklər dövlət büdcəsi qarşısında əlavə maliyyə yükü yarada bilər.

APA-nın məlumatına görə, bu, Maliyyə Nazirliyinin təqdim etdiyi 2020-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb.

Layihəyə əsasən, iri dövlət şirkətlərinin birbaşa və dövlət təminatlı borcları ortamüddətli dövrdə büdcə dayanıqlığına təsir edəcək risk amili olaraq qalmaqdadır. Xüsusilə bir sıra dövlət şirkətlərinin gəlirlərinin azalması və zərərlə fəaliyyət göstərməsi fonunda bu şərti öhdəliklərinin materilizasiyası büdcəyə əlavə maliyyə yükü gətirməklə həm büdcə, həm də borc dayanıqlığına mənfi təsir göstərə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR