Bakıda “Ümumdünya mülki müdafiə günü”nə həsr olunmuş tədbir keçirilib

Bakıda “Ümumdünya mülki müdafiə günü”nə həsr olunmuş tədbir keçirilib
  • Clock-gray 17:49
  • calendar-gray 28 Fevral 2020

Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzi fevralın 28-də Səbail rayonu 132-134 nömrəli Təhsil Kompleksində “Ümumdünya mülki müdafiə günü”nə həsr olunmuş “Mülki müdafiə və hər bir evdə ilk yardım edən” mövzusunda nümunəvi tədbir keçirib.

FHN-dən APA-ya bildirilib ki, tədbirdə FHN-in Bakı Regional Mərkəzinin əməkdaşları ilə yanaşı, Səbail Rayon İcra Hakimiyyətinin və Qızıl Aypara Cəmiyyətinin nümayəndələri, Ərazi mülki müdafiə qüvvələrinin şəxsi heyəti və 132-134 nömrəli Təhsil Kompleksinin müəllim və şagird heyəti iştirak edib.

Nümunəvi tədbir zamanı Bakı Regional Mərkəzinin Xüsusi xilasetmə xidmətinin xilasediciləri tərəfindən xilasetmə texnika və avadanlıqları nümayiş etdirilmiş, onların təyinatı və iş prinsipləri barədə məlumat verilib.

Bundan əlavə tədbirə 12 ədəd müxtəlif təyinatlı avtomobil texnikası və 170 nəfər heyətlə cəlb olunmuş Ərazi mülki müdafiə qüvvələrinə baxış keçirilib, texnika, əmlak və avadanlıqlar nümayiş etdirilib. 

Praktik nümayişlərdən sonra Mərkəzin əməkdaşları mülki müdafiə günü ilə bağlı baş tutan açıq dərslərdə iştirak edib, onlar tərəfindən mülki müdafiə günü və fövqəladə hallarla bağlı verilmiş suallar şagirdlər tərəfindən cavablandırılıb.

Qeyd edək ki, Bakı Regional Mərkəzinin əməkdaşları tərəfindən “1 Mart - Ümumdünya Mülki Müdafiə Günü” ilə bağlı paytaxtın digər məktəblərində, müxtəlif müəssisə və təşkilatlarda da tədbirlər təşkil olunub, əhalinin maarifləndirilməsi istiqamətinə fövqəladə hallarla bağlı davranış qaydaları barədə məlumatlar verilib, eləcə də xilasetmə texnika və avadanlıqları nümayiş etdirilib.

apa-logo-mini

Digər xəbərlər