MDB-də İnsan hüquqları üzrə Komissiya yaradılacaq

MDB-də İnsan hüquqları üzrə Komissiya yaradılacaq
  • Clock-gray 18:14
  • calendar-gray 04 Mart 2021

Müstəqil Dövlətlər Birliyində (MDB) İnsan hüquqları üzrə Komissiya yaradılacaq.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə MDB İcraiyyə Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yeni yaradılacaq komissiya insan haqlarının siyasiləşdirilməsi cəhdləri ilə mübarizə aparacaq: “Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlər MDB insan haqları komissiyasının fəaliyyətə başlamasını aktual hesab edir. Komissiyanın yaradılması üzrə ekspert qrupunun iclası martın 4-də Minskdə keçirilib”.

Müzakirə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan və MDB İcraiyyə Komitəsinin nümayəndələrinin iştirakı ilə videokonfrans formatında baş tutub.

Zümrüd Paşkin

Digər xəbərlər