Putin 2020-ci ili dünya iqtisadiyyatı üçün ən pis il adlandırıb

Putin 2020-ci ili dünya iqtisadiyyatı üçün ən pis il adlandırıb
# 11 mart 2021 15:35 (UTC +04:00)

“2020-ci il pandemiyaya görə İkinci Dünya müharibəsindən sonra dünya iqtisadiyyatında ən pis il oldu”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya Prezidenti Vladimir Putin bunu investisiya aktivliyinin yüksəldilməsi ilə bağlı müşavirədə deyib.

O, Rusiyanın koronavirus pandemiyası fonunda iqtisadiyyatda tənəzzülün qarşısını almağa nail olduğunu qeyd edib: “Vaxtında görülən tədbirlər Rusiya iqtisadiyyatında tənəzzülün qarşısını almağa və iqtisadiyyatın bərpasına imkan verdi. Rusiya öz iqtisadiyyatına sərmayə riskini azaltmağa nail olub. Son illərdə aparılan islahatlar və yeni imkanlar Rusiyaya pandemiya böhranının səbəb olduğu şərtlərdə makroiqtisadi siyasəti sərtləşdirməməyə icazə verdi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR