Qırğız Respublikasında referendum baş tutub, prezident üsul idarəsinə keçiləcək - YENİLƏNİB-2

Qırğız Respublikasında referendum baş tutub, prezident üsul idarəsinə keçiləcək - YENİLƏNİB-2
# 11 aprel 2021 19:10 (UTC +04:00)

Qırğız Respublikasında referendum baş tutub.

APA-nın Qırğız Mərkəzi Seçki Komissiyasına istinadən verdiyi məlumata görə, hazırda seçki qutularının 82 faizindən daxil olan məlumatlara əsasən, referendumda seçici fəallığı 31 faiz təşkil edir.

Seçici fəallığı 30 faizi keçdiyi üçün referendum avtomatik baş tutmuş sayılır.

Qeyd edək ki, qanunvericiliyə əsasən, əgər ölkə üzrə 3,6 milyon seçicinin 30 faizindən çoxu səsvermədə iştirak edərsə, referendum baş tutmuş sayılır.

Konstitusiyaya təklif edilən dəyişiklik Prezidentin səlahiyyətinin artırılmasını, parlamentin səlahiyyətinin azaldılmasını və deputatların sayının 120-dən 90-na endirilməsini nəzərdə tutur. Konstitusiyaya dəyişiklik qəbul edilərsə, Prezident hökumət üzərində tam nəzarətə sahib olacaq, nazirləri vəzifəyə təyin və vəzifədən azad edəcək. Başqa sözlə, Qırğız Respublikası prezident-parlament üsul idarəsindən prezident üsul idarəsinə keçəcək.

***

saat 18.50

Bu gün Qırğız Respublikasında Konstitusiyaya dəyişikliklərlə əlaqədar referendum və yerli orqanlara seçkilər başa çatıb.

APA-nın xəbərinə görə, bu barədə Qırğız Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Yerli vaxtla saat 20.00-da 2 483 seçki məntəqəsi bağlanıb. MSK səsvermədə seçicilərin 30 faizə yaxınının iştirak etdiyini, ancaq Bişkekdən seçki protokollarının daxil olduğunu, buna görə də seçici fəallığı ilə bağlı göstəricilərin dəyişəcəyini açıqlayıb.

Səsvermə zamanı pozuntularla bağlı 40-dək müraciət daxil olub, bütün müraciətlər araşdırılıb, bir qismi isə artıq məhkəməyə göndərilib.

MSK sədri Nurjan Şayldabekov ilkin nəticələrin səsvermə başa çatandan sonra bir saat ərzində məlum olacağını bildirib. Elektron seçki qutuları sayəsində seçki məntəqələri bağlandıqdan sonra nəticələr MSK-nın serverinə ötürülür.

Səsvermənin yekun nəticələri isə səslərin əllə sayılmasından 20 gün sonra elan ediləcək.

Qeyd edək ki, əgər ölkə üzrə 3,6 milyon seçicinin 30 faizindən çoxu səsvermədə iştirak edərsə, referendum baş tutmuş sayılacaq. Konstitusiyaya təklif edilən dəyişiklik Prezidentin səlahiyyətinin artırılmasını, parlamentin səlahiyyətinin azaldılmasını və deputatların sayının 120-dən 90-na endirilməsini nəzərdə tutur. Konstitusiyaya dəyişiklik qəbul edilərsə, Prezident hökumət üzərində tam nəzarətə sahib olacaq, nazirləri vəzifəyə təyin və vəzifədən azad edəcək. Başqa sözlə, Qırğız Respublikası prezident-parlament üsul idarəsindən prezident üsul idarəsinə keçəcək.

Yerli orqanlara seçkilərlə əlaqədar isə baryer müəyyənləşməyib. Ümumilikdə 420 şəhər və kənd şurasında 7 560 mandat uğrunda 18 min 772 namizəd mübarizə aparıb.

***

saat 09.36

Bu gün Qırğız Respublikasında Konstitusiyaya dəyişikliklərlə əlaqədar referendum və yerli orqanlara seçkilər keçirilir.

APA-nın məlumatına görə, Qırğız Mərkəzi Seçki Komissiyası səsvermənin saat 08.00-dan 20.00-a qədər ölkə üzrə 2 483 seçki məntəqəsində keçiriləcəyini bildirib.

Eyni zamanda 28 xarici ölkədə 48 seçki məntəqəsi açılacaq. Əgər ölkə üzrə 3,6 milyon seçicinin 30 faizindən çoxu səsvermədə iştirak edərsə, referendum baş tutmuş sayılacaq. Yerli orqanlara seçkilərdə baryer müəyyənləşməyib.

Konstitusiyaya təklif edilən dəyişiklik Prezidentin səlahiyyətinin artırılmasını, parlamentin səlahiyyətinin azaldılmasını və deputatların sayının 120-dən 90-na endirilməsini nəzərdə tutur. Konstitusiyaya dəyişiklik qəbul edilərsə, Prezident hökumət üzərində tam nəzarətə sahib olacaq, nazirləri vəzifəyə təyin və vəzifədən azad edəcək. Başqa sözlə, Qırğız Respublikası prezident-parlament üsul idarəsindən prezident üsul idarəsinə keçəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR