Rusiya FTX: Xabarovskda terror aktının qarşısı alınıb

Rusiya FTX: Xabarovskda terror aktının qarşısı alınıb
# 17 iyul 2020 15:34 (UTC +04:00)

Rusiyanın Xabarovsk diyarında terror aktının qarşısı alınıb.

APA-nın Rusiya bürosunun xəbərinə görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Bildirilib ki, FTX tərəfindən Xabarovsk şəhərində terror aktının qarşısını alınıb.

Əməliyyat tədbirləri nəticəsində Mərkəzi Asiya respublikalarından birinin 1988-ci il təvəllüdlü vətəndaşından yandırıcı qatışıq məhlul, soyuq silah və beynəlxalq terror təşkilatının bayrağı götürülüb.

Onun beynəlxalq terrorçu təşkilatın rəhbərlərinin əmri ilə insanların kütləvi toplaşdığı yerlərdə terror aktı törətmək planlaşdırdığı məlum olub.

Daha sonra cinayətkarın döyüşlərin getdiyi Yaxın Şərqə getməyi planlaşdırdığı da bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR