Rusiyada COVID-19-dan ölənlərin sayı 55 mini ötüb

Rusiyada COVID-19-dan ölənlərin sayı 55 mini ötüb
  • Clock-gray 11:57
  • calendar-gray 28 Dekabr 2020

Rusiyada son sutka ərzində daha 27 787 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 3 078 035 nəfərə çatıb.

Son sutka ərzində 487 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 55 265 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Fərid Əkbərov

Digər xəbərlər