Rusiyada bir gündə iki nəfər koronavirusdan ölüb, 658 yoluxma halı qeydə alınıb - YENİLƏNİB

Rusiyada bir gündə iki nəfər koronavirusdan ölüb, 658 yoluxma halı qeydə alınıb - YENİLƏNİB
# 05 aprel 2020 14:57 (UTC +04:00)

Rusiyada son sutka ərzində koronavirusa daha 658 yoluxma halı qeydə alınıb.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiya ərazisində COVİD-19 virusuna yoluxanların sayı 5389 nəfərə çatıb.

Son sutka ərzində 2 nəfərin öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı isə 45-ə çatıb.

saat 14:43

Rusiyada bu gün koronavirus infeksiyasına yoluxan 22 nəfər xəstəxanadan evə buraxılıb.

APA bu barədə “RİA Novosti”yə istinadən məlumat verir.

Qeyd edək ki, Rusiyada koronavirus infeksiyasından indiyə kimi, 355 nəfər sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR