Svetlana Tixanovskaya BMT-ni Belarusda baş verənləri qınamağa çağırıb

Svetlana Tixanovskaya BMT-ni Belarusda baş verənləri qınamağa çağırıb
# 04 sentyabr 2020 19:25 (UTC +04:00)

Belarusun müxalifət lideri Svetlana Tixanovskaya BMT-ni Belarusda baş verənləri qınamağa çağırıb.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, Svetlana Tixanovskaya bu barədə BMT Təhlükəsizlik Şurasının virtual formatda keçirilən qeyri-formal sessiyasında çıxışı zamanı bildirib.

Svetlana Tixanovskaya BMT-ni Belarusa beynəlxalq monitorinq missiyası göndərməyə çağırıb. Müxalifət lideri əlavə edib ki, BMT İnsan Haqları Komissiyası onun ölkəsində insan haqlarının vəziyyəti ilə əlaqədar xüsusi bir iclas keçirməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR